Qaradağ rayonunda yerləşən kafedə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma ümumi sahəsi 70 kv.m olan birmərtəbəli tikilidə qeydə alınıb. Nəticədə lambirindən ibarət tavan 40 kv.m sahədə yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.