Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində məhkumun gizlətdiyi silah aşkarlanıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Penitensiar Xidmətinə istinadən xəbər verir.
Penitensiar Xidmət Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib. Əməliyyat nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun azadlıqda olan zaman basdıraraq gizlətdiyi qundağı kəsik ov tüfəngi boşluq ərazidə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.