Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 22 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 24 kv.m olan mağazanın içərisində 1 ədəd elektrik tənzimləyicisi, 1 ədəd kreslo, telefon aksesuarları yanıb. Alov obyektə bitişik ümumi sahəsi 16 kv.m olan dönərxanaya da ziyan vurub. Ətrafdakı digər infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.