Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 25 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma rayon ərazisində dayanan “Mitsubishi” markalı nəqliyyat vasitəsində baş verib. Nəticədə maşının mühərrik hissəsi və salon kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.