Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Mercedes” markalı avtomobil hərəkətdə olan zaman “KamAZ” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 36 yaşlı Ülfət Əşrəfov və 34 yaşlı Sənan Əliyev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hazırda araşdırma aparılır.