Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş oğurluq hadisəsinin görüntüləri sosial şəbəkədə yayılıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Avtosfrer.az-a istinadən xəbər verir.
Hadisə gecə saatlarında geydə alınıb. İki şəxs “Range Rover” markalı avtomobilə yaxınlaşaraq onun ehtiyat hissəsini oğurlamağa cəhd ediblər. Lakin onlar fikrini dəyişib və “Range Rover”in arxa tərəfində park edilmiş “VAZ-2107” markalı nəqliyyat vasitəsini hədəf seçiblər. Verilən məlumata görə, hən şəxslər “VAZ”ın ehtiyat hissəsini oğurlayıblar.