Qaradağ rayonunda yaşayış binası yanıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ikimərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 60 kv.m olan mənzildə qeydə alınıb. Nəticədə 3 otaqlı mənzilin 1 otağında 1 ədəd qaz sobası və 8 kv.m sahədə ev əşyaları yanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.