Bakının Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Binanın 8-ci mərtəbəsində ümumi sahəsi 118 kv.m olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 22 kv.m sahədə yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.