Bakıda üç yük maşını toqquşub. Bu haqda 16 avqust tarixində APA məlumat verib.
Qaradağ rayonunda “Ford” və "KamАZ" markalı üç yük avtomobili toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılıb. Yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.