Bakıda qadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başa çatıb. Bu haqda 6 dekabr tarixində Report məlumat verib.
Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxov tərəfindən aparılıb. Hökmə əsasən, Asəf Cəfərzadə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Cari il fevralın 7-də Qaradağ rayonunda 43 yaşlı Asəf Cəfərzadə tanışı, 39 yaşlı Qənəət Fərmanovanı şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqlayaraq qətlə yetirib.
Asəf Cəfərzadə fevralın 7-də saxlanılmışdır və barəsində Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılmışdır.