Qaradağ rayonunda avtomobillərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Füzuli rayon sakini Samir İsgəndərov müxtəlif vaxtlarda rayon ərazisində olan “KİA”, “Mercedes” və “Qazel” markalı 3 avtomobildən, eləcə də 2 nəfərdən mobil telefon oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.