Bakının Qaradağ rayonunda vətəndaşda narkotik aşkarlanıb. Bu haqda bu gün, Bakuplus.az Dövlət Yol Polisinə (DYP) istinadən xəbər verir.
Rayon ərazisində yerləşən stasionar postda avtomobil saxlanılıb. Maşında sərnişin olan Bakı şəhər sakini İsmayıl İsgəndərovun hərəkətləri şübhə yaradıb.
Baxış zamanı onun üzərindən əvvəlcə 8 qrama yaxın, “Renault” markalı nəqliyyat vasitəsindən isə 4 kiloqrama yaxın narkotik vasitə tapılıb.
Faktla bağlı araşdırmalar davam edir.