Azərsu-dan verilən məlumata əsaəsən, magistral su kəmərində qəza aradan qaldırılıb. Abonentlərin su təchizatında heç bir problem yoxdur.
13:39 - Qaradağda su kəməri partlayıb
Qaradağ rayonunda magistral su kəməri partlayıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Bakı-Ələt yolunun üstündə baş verib. Qəza nəticəsində kəmərdən güclü axıntı yaranıb və su ətrafa yayılmağa başlayıb. Avtomobil yolunda hərəkətdə çətinliklər yaranıb.
Əraziyə “Azərsu”nun qəza briqadası cəlb olunub.