Qaradağ rayonunda ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Ə.Məmmədov rayon ərazisində yerləşən ticarət mərkəzində müxtəlif vaxtlarda 2 nəfərin ümumilikdə 2430 AZN pulunu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.