Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib. Bu haqda bu gün, 28 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Azad Seyidov rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazadan 4500 AZN dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.