Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində pulqabı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Sentyabrın 9-da ticarət mərkəzində uşaq arabasından qadının içərisində 918 manat pul və bank kartları olan pulqabısı oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Rzayev və A.Mirabasov saxlanılıblar.
Hazırda araşdırma aparılır.