Qaradağ rayonunda yük avtomobili yanıb. Bu haqda bu gün, 22 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Shacman” markalı yük maşınının banında baş verib. Nəticədə elektrik avadanlıqları və 7 ədəd təkər kül olub. Yanğın olan ərazidə 1 nəfərin meyiti tapılıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.