Bakının Qaradağ rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma binanın 3-cü mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin hamam otağında paltaryuyan maşın və dolab yanıb. Xəsarət alan olmayıb. Mənzilin digər hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.