Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Tikilinin 3-cü mərtəbəsinin pilləkən qəfəsində divara quraşdırılan elektrik lövhəsində 10 sayğac yanıb.
Yanğın zamanı 9 sakin təxliyə edilib. Alışma yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzillər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.