Bakının Qaradağ rayonunda yerləşən birmərtəbəli kürsülü ev yanıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 110 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bitişik ev yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.