Qaradağ rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlər – 11 yaşlı Rafiq Balakişiyev və 34 yaşlı Leyli Əzimova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.