Bakının Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən daş karxanasında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 11 aprel tarixində APA məlumat verib.
40 yaşlı Sumqayıt sakini Qadir Behbudov daxilə nüfuz edən bədən xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.