Qaradağ rayonu, Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 22 iyun tarixində Oxu.az xəbər verir.
Qəza bu gün saat 08:00 radələrində baş verib. “VAZ-2101” markalı 77-FY-719 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çarpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsi aşıb.