Bakıda gizlədilmiş 20 kiloqrama yaxın narkotik tapılıb. Bu haqda 14 may tarixində APA məlumat verib.
Qaradağ rayonunda polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Qobu park” yaşayış kompleksində, yolun kənarında köhnə dəmir su çəninin içərisində gizlədilmiş kisə tapılıb. Onun içində ümumi çəkisi 19 kiloqram 100 qram olan qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.