Qaradağ rayonunda davada 2 nəfər bıçaqlanıb. Bu haqda 20 aprel tarixində Qafqazinfo xəbər verib.
Bakı-Qazax magistral yolunun 14-cü kilometrində kütləvi dava olub. Dava zamanı 35 yaşlı Tariyel Vəliyev 54 yaşlı Əmrah Kərimovu və 34 yaşlı Orxan Kərimovu bıçaqlayıb. Yaralılar döş qəfəsi nahiyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.