Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Mercedes” markalı yük avtomobilinin qoşqusunda baş verib. Nəticədə qoşqunun içərisində olan 21 ton arpanın 1 tonu və 1 ədəd təkəri yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.