Paytaxtın Qaradağ rayonu, Müşfiq qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
36 yaşlı qəsəbə sakini Mehman Məmmədov 27 yaşlı həmyerlisi Elburus Orucovu bıçaqlayaraq öldürüb. M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.