Paytaxtın Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az xəbər verir.
Hadisə adıçəkilən rayonun Səngəçal qəsəbəsində baş verib. Qəsəbədə təqribən 3 hektar sahəsi olan qamışlıq və kol-kos yanıb. Yaxınlıqda olan yüksək gərginlikli elektrik xəttinə və elektrik yarımstansiyasına ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.