Qaradağ rayonunda ər arvadını boğaraq öldürüb. Bu haqda 22 oktyabr tarixində Report xəbər verib.
Sahil qəsəbəsində 36 yaşlı Vilayət Məmmədov arvadını 31 yaşlı Aliyə Məmmədovanı məftillə boğaraq öldürüb. Hadisə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı baş verib. Araşdırmadan sonra əri saxlanıb və ona qarşı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ona 9 ildən 14 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Faktla bağlı araşdırma davam edir.