Paytaxtın Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 mart tarixində APA məlumat verib.
Hadisə Ümid qəsəbəsində qeydə alınıb. 47 yaşlı Gülnar Hüseynova yolu keçmək istəyərkən onu avtomobil vurub.
Qadın ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakt araşdırılır.