Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Khazar” markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsi alışıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.