Paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 31 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini R.Səfərovun idarə etdiyi “Kia” markalı avtomobillə Şamaxı rayon sakini Q.Rəcəbovun sükan arxasında olduğu “VAZ-2106” markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə Q.Rəcəbov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam edir.