Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
36 yaşlı Neftçala rayon sakini Hüseyn Qurbanov “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmaya başlanılıb.