Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən avtoqəza baş verib. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“DAF” markalı yük avtomobili “Daewoo” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir nəfər deformasiyaya uğramış avtomobilin içində dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunaraq, meyit nəqliyyat vasitəsindən çıxarılıb. Təfərrüatlar araşdırılır.