Paytaxtın Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 5 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Puta qəsəbəsində qeydə alınb. 26 yaşlı Qüdrət Nəsirov dava zamanı tanışı tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.