Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı binada baş verib. Nəticədə binanın 1 otağı qismən yanıb. Tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.