Paytaxtın Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Lökbatan qəsəbəsində 22 yaşlı Malik Adıgözəlzadə tanışı ilə əlbəyaxa dava edən zaman döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.