Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az xəbər verir.
Qəza “Meyvəli” bazarının yaxınlığında qeydə alınıb. “Hyundai” markalı avtomobil “Daewoo” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində hər iki maşına ciddi maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/114.mp4"][/video]