Paytaxtın Qaradağ rayonunda sosial şəbəkələrdə qadın adı altında insanlardan pul tələb edən gənc tutulub. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
19 yaşlı Y.Məmmədov qadın adı altında səhifə açaraq digər şəxsləri təhqir edib, onları hədələyərək pul tələb edib.
Onun barəsində araşdırma davam edir.