Qaradağ rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma ümumi sahəsi 70 kv.m olan taxta köşkdə baş verib. Nəticədə tikili tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.