Bakının Qaradağ rayonunda yerləşən lotereya satışı məntəqələrinin birindən oğurluq edilib. Bu haqda bu gün, 9 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, hadisə avqustun 8-də baş verib. Naməlum şəxs tərəfindən lotereya satışı məntəqələrinin birindən 420 manat dəyərində lotereya biletləri oğurlanıb.
Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli bilinən Bakı sakini Vəli Salmanov saxlanılaraq 10-cu Polis Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.