Qaradağ rayonunda ticarət mərkəzində olan mağazadan pul oğurlanıb. Bu haqda bu gün 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyulun 19-da mağazaların birindən 585 manat pul oğurlanıb. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Bakı sakini Ramin Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.