Paytaxtın Qaradağ rayonunda avtomobildə yanğın baş verib. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma “Opel” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində başlayıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.