Paytaxtın Qaradağ rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma zamanı “Mitsubishi” markalı minik avtomobilinin mühərrik hissəsi və qismən salonu yanıb. Nəqliyyat vasitəsinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.