Qaradağ rayonunda yerləşən yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Alışma çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində baş verib. Ümumi sahəsi 55 kv.m olan 2 otaqlı ev 2 kv.m sahədə alışıb. 6 nəfər bina sakini təxliyə olunub. Binanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.