Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib. Bu haqda bu gün, 6 mart tarixində Oxu.az məlumat verib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə gənc oğlan özünü hündürmərtəbəli binadan atmaq istəyir. Hadisə yerinə gələn polis əməkdaşlarından biri həmin şəxsə yaxınlaşaraq bu addımı atmasına mane olub.
Yanında olan digər əməkdaşlar oğlanı damdan düşürüblər.