Paytaxtın Qaradağ rayonunda qanunsuz silah saxlayan şəxs saxlanılıb. Bu haqda bu gün, 11 yanvar tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayonun Ümid qəsəbə sakini X.Verdiyevdən “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.