Bakıda kişi həyat yoldaşını bıçaqlayıb. Bu haqda 5 mart tarixində APA məlumat verib.
Qobu park yaşayış sahəsində Ağdam rayon sakini 30 yaşlı Minayə Ağayeva yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.