Qaradağ rayonunda yük avtomobili aşıb. Bu haqda bu gün, 10 iyun tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Belə ki, “Ford” markalı yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. Nəticədə kiloqramlarla ərik yola tökülüb, ərazidə sıxlıq yaranıb. Hadisədə xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.