Qaradağ rayonunda sərxoş vəziyyətdə avtomobili idarə edən taksi sürücüsü saxlanılıb. Bu haqda 21 dekabr tarixində Avtosfer.az məlumat verib.
Qaradağ postunda içkili halda "Mercedes" markalı avtomobili idarə edən sürücü Silyan Ağayev saxlanılıb. Onun, avtomobilini ziqzaqvari sürməyi YPX əməkdaşlarının diqqətini çəkib. Polisin Ağayevlə profilaktiki söhbət zamanı məlum olub ki o, alkoqolu nəvəsinin ad günündə qəbul edib.
Sürücü barəsində inzibati protokol tərtib olunub və yaxınları ilə əlaqə saxlanaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, sürücü taksi fəaliyyəti ilə məşğul olur.